12 C
Baku
Saturday, November 23, 2024

İsmayıllı vergi xidmət mərkəzi müvəqqəti olaraq fəaliyyətini dayandırır

Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin İsmayıllı rayonunda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar 13 iyun tarixdən etibarən 15 gün müddətində müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

Xidmətdən verilən məlumata görə, 10 saylı Ərazi Vergilər İdarəsində vergi uçotunda olan vergi ödəyiciləri DVX-nin təqdim etdiyi üzbəüz xidmətlərdən yararlanmaq üçün Qəbələ rayonunda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərlər.

DVX tərəfindən göstərilən xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, e-xidmətlərdən faydalanmaq, xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni hər hansı xidmətin elektron analoqu olmadıqda müraciət etmək tövsiyə olunur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər