İsmayıllının Bizlan kəndində fəaliyyət göstərən, Hümbətov Zaur Nazim oğluna məxsus “Səma” kafesində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.
Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
AQTA-dan bildirilir ki, kafedə sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimdən istifadə etmədiyi müəyyən olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib.
Araşdırmalar davam etdirilir.