11 C
Baku
Tuesday, November 5, 2024

İspan kralı taxtını tərk etdi

İspan kralı I Xuan Karlos oğlu, şahzadə Felipenin xeyrinə olaraq taxtdan getməyə qərar verib. 76 yaşlı monarx taxtdan getmək barədə qərar qəbul etməsinin səbəblərini şəxsi olaraq ispan xalqına açıqlayacağına söz verib. Bu haqda məlumatı isə 2 iyunda ölkənin baş naziri Mariano Rahoy vermişdir.

Onun sözlərinə görə, İspaniya konstitusiyasında kralın taxtı tərk etməsinə imkan verəcək müvafiq dəyişikliklər ediləcək.

Xuan Karlos demək olar ki, 40 ildir ki, – 1975-ci ilin 22 noyabrından İspaniya taxtının sahibi idi. Kral ailəsinin nüfuzu rüşvətxorluqla bağlı qalmaqallar səbəbindən zədələnmişdi. Qeyd edək ki, monarx əvvəllər taxtdan getməyi qəti olaraq rədd edirdi.

Son xəbərlər
Digər xəbərlər