6 C
Baku
Saturday, December 14, 2024

İspaniya əcnəbilərə “qızıl viza”ların verilməsi qaydalarını sərtləşdirəcək

İspaniya xarici investorlara “qızıl viza”ların verilməsi qaydalarını sərtləşdirməyi nəzərdən keçirir, bu barədə “Bloomberg” yazır.

Mövcud qaydalar ölkədə ev almaq üçün ən azı 500 min avro xərcləyən xarici vətəndaşlara üç illik yaşayış icazəsi almağa imkan verir.

Ötən il İspaniya 500 min avrodan çox qiymətə ev alan investorlara 2500 viza verib.

Avropa Birliyi (AB) ölkələri qızıl viza proqramlarını nəzərdən keçirir. İrlandiya  öz sxemini fevral ayında bağlayıb, Yunanıstan isə Afina da daxil olmaqla bir sıra yerlərdə investisiya həddini ikiqat artıraraq 500 000 avroya çatdıracağını, Portuqaliya hökuməti isə proqramına yenidən baxacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər