1 C
Baku
Monday, February 26, 2024

İspaniya Avropa çempionatının oyunlarına ev sahibliyi etmək hüququndan imtina edib

İspaniyanın Bilbao şəhərinin rəhbərliyi Avropa çempionatının oyunlarına ev sahibliyi etmək hüququndan imtina edib.

Bu barədə “AFP” xəbər yayıb.

Bilbao şəhər şurasının rəsmi saytında yer alan xəbərdə isə deyilir ki, UEFA İspaniya şəhərini Avropa çempionatına ev sahibliyi edən şəhərlər siyahısından birtərəfli qaydada çıxarıb:

“UEFA bu gün bizə rəsmi olaraq San-Mames stadionunun Avro-2020 oyunlarının keçiriləcəyi stadionları siyahısından çıxarılması barədə qərarın qəbul edildiyi barədə məlumat verib” – deyə, şəhər şurasının bəyanatında deyilir.

Qeyd edək ki, Avropa çempionatına ev sahibliyi edən şəhərlərlə bağlı son qərarı cümə günü (23 aprel – Red) Avropa Futbol Assosiasiyaları Birliyi verəcək.

Sankt-Peterburq, Amsterdam, Bakı, Budapeşt, Buxarest, Qlazqo, Kopenhagen, London turnir oyunlarına tamaşaçı ilə ev sahibliyi etməyə hazır olduqlarını təsdiqləyiblər. Münhen və Dublinin iştirakı sual altındadır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər