23 C
Baku
Wednesday, July 2, 2025

İspaniya Bankı ölkə iqtisadiyyatının 12,4% kiçiləcəyini proqnozlaşdırır

2020-ci ildə İspaniya iqtisadiyyatı 6,8-12,4%-dək kiçiləcək. Mütəxəssislərin qeyd etdiyi kmi, bu, kornavirus pandemiyasının yayılması ilə mübarizə çərçivəsində tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin nə qədər davam edəcəyindən asılı olacaq.

Banker.az xəbər verir ki, İspaniya Mərkəzi Bankı bir sıra digə ölkələr kimi böyük itkilərdən xəbərdarlıq edib, lakin qeyri-müəyyənlik hələ də qalmaqdadır.
Bütün hallarda iqtisadi artımın ilin ikinci yarısında başlanacağı gözlənilir ki, bu da “iqtisadiyyatın bərpası” na gətirib çıxaracaq.

Xatırladaq ki, daha əvvəl İspaniya hökuməti koronavirusun yayılması ilə əlaqədar olaraq tətbiq olunan məhdudiyyətlərin müddətini mayın 9-na qədər uzatmaq niyyətində olduğunu bildirmişdir.

“Hal-hazırda təcrid tətbirlərinin aradan qaldırılması mümkün deyil”, – İspaniya naziri Pedro Sançes bildirir.

Son xəbərlər
Digər xəbərlər