İspaniya bankları, Google, Amazon, Facebook kimi böyük texnologiya şirkətlərinin maliyyə vəziyyətinə mümkün təsiri haqqında məlumat verdi. Banker.az xəbər verir ki, Maliyyə təşkilatlarının nümayəndələri Maliyyə Araşdırmaları Universitetin adından Madriddə keçirilmiş tədbirdə çıxış ediblər.
Tədbirdə hüquqi tənzimləmə məsələləri müzakirə edilib. Bankirlər hesab edirlər ki, PSD2 – nin yeridilməsi və açıq bankinqə keçid, böyük texnoloji şirkətlərə ənənəvi bankları ötüb keçməyə və rəqabət aparmağa imkan verəcək. Həmçinin, onlar ehtiyat edirlər ki, texnoloji qiqantların bank sektoruna qoşulması maliyyə tarazlığına təsir göstərə bilər.
Ekspertlərin fikrincə, rəqabəti təşviq edən və yenilikləri dəstəkləyən sabit bir normativ – hüquqi tənzimləmə bazasını yaratmaq lazımdır.