İspaniya hökuməti iyulun 4-dən etibarən Avropa İttifaqına (Aİ) üzv olmayan və Aİ Şurası tərəfindən tövsiyə olunan ilkin siyahıda adları olan ölkələrlə sərhədlərini tədricən açmağa başlayacaq.
TASS xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yaydığı press-relizdə deyilir.
“Çin, Mərakeş və Əlcəzair ilə sərhədlərin açılması bu ölkələrin qarşılıqlılıq prinsipi ilə davranıb-davranmamalarından və sərhədlərini İspaniya sakinləri üçün yenidən açıb-açmamasından asılıdır. Amma Avstraliya, Kanada, Gürcüstan, Yaponiya, Monteneqro, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tailand, Tunis və Uruqvay sakinlərini şənbə günündən İspaniyanı ziyarət edə biləcəklər”, – məlumatda qeyd olunur.
Qeyd edək ki, İspaniya iyunun 21-də Şengen ölkələri, iyulun 1-dən etibarən isə Portuqaliya ilə pandemiya səbəbiylə bağlanmış sərhədlərini açıb.
İspaniyada koronavirus infeksiyasının yayılmağa başlamasından bəri 250 mindən çox yoluxma halı təsbit edilib, 28,3 mindən çox xəstə ölüb. Mart ayının ortalarında ölkədə yüksək hazırlıq rejimi tətbiq olunub. Bu tədbir əhalinin hərəkətini məhdudlaşdırmağa imkan verib. Rejim iyunun 21-də başa çatıb.