9 C
Baku
Friday, December 13, 2024

İspaniya dördgünlük iş həftəsini tətbiq edir

İspaniyanın Valensiya şəhərinin səlahiyyətliləri dörd gün davam edən iş həftəsini tətbiq etmək üçün təcrübəyə başlayıblar. Təcrübə zamanı qısaldılmış iş həftəsinin yerli sakinlərin sağlamlığına və rifahına müsbət təsir edib-etmədiyini təhlil etmək planlaşdırılır.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Valensiya dünyada bir ay davam edən 32 saatlıq iş həftəsi layihəsini sınaqdan keçirən ilk şəhər olacaq”, – press-relizdə deyilir. Təcrübə mayın 7-dək davam edəcək. Bayram günləri olan bazar ertəsi Valensiyanın dövlət bayramlarına düşür.

İş həftəsini cümə günlərində iş saatlarının azaldılması hesabına qısaltmaq nəzərdə tutulur. “Məsələn, bazar ertəsindən cümə axşamına qədər insanlar adi qaydada, cümə günləri isə nahara qədər işləyəcəklər”, – Dövlət Duması Komitəsinin üzvü Svetlana Bessarab vəziyyəti şərh edib.

Son xəbərlər
Digər xəbərlər