4 C
Baku
Sunday, December 4, 2022

İspaniya enerji böhranına qarşı yeni tədbirlər paketi elan edib

Bu gün İspaniyanın Baş naziri Pedro Sançes 3 milyard avroluq büdcə ilə enerji böhranı şəraitində vətəndaşların “müdafiəsini gücləndirmək üçün yeni tədbirlər paketi”ni açıqlayıb.

İspaniyanın Baş naziri Pedro Sançes enerji böhranının təsirini 40 faiz azaltmaq üçün yeni yardım paketinin aşağı gəlirli işçiləri olan 1.7 milyon ailəyə xərclənəcəyini bildirib. Növbəti çərşənbə axşamı Nazirlər Şurası tərəfindən təsdiqlənəcək yeni tədbirlər paketi mərkəzləşdirilmiş qazanları olan ev təsərrüfatlarına tənzimlənən tarifdən faydalanmağa imkan verəcək.

Baş nazir 2023-cü ilin sonuna qədər rüblük qiymət artımlarını məhdudlaşdıran xüsusi tarifin yaradılacağını təsdiqləyib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər
X