İspaniya hökuməti inflyasiyanın, əsasən də artan enerji qiymətlərinin təsiri ilə mübarizə aparmaq üçün yeni dövlət yardım paketi elan edib. 10 milyard avro kiçik və orta biznes üçün müxtəlif vergi güzəştlərinə, bir sıra əsas ərzaq məhsullarına (çörək, süd, yumurta, pendir, meyvə, tərəvəz, taxıl) sıfır ƏDV və aztəminatlılara birbaşa maliyyə yardımına yönəldiləcək.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Ukraynada hərbi konflikt başlayandan, bundan sonra Avropada enerji qiymətləri kəskin artdıqdan sonra İspaniya hakimiyyəti inflyasiya ilə mübarizə üçün ümumilikdə 35 milyard avro vəsait ayırıb. Nəticədə İspaniyada inflyasiya iyulda 11%-dən noyabrda 7%-ə endirilib.
Artıq sadalanan tədbirlərə əlavə olaraq, hazırkı dövlət yardım paketinə yanacağın ödənişi üçün kənd təsərrüfatı istehsalçılarına 300 milyon avro dəyərində birbaşa subsidiya, maye qazın (butanın) qiymətinin dondurulması və mövsümi bilet alarkən 50% endirim daxildir.