18 C
Baku
Wednesday, April 17, 2024

İspaniya məcburi vaksinasiyadan imtina edib

İspaniya hökuməti hesab edir ki, ölkədə yeni koronavirusa qarşı məcburi vaksinasiya tətbiq etməyə ehtiyac yoxdur.

Banker.az xəbər verir ki, bu barədə krallığın səhiyyə naziri Karolina Darias məlumat verib.

“Mən başa düşürəm ki, müzakirəyə başlamaq təklif olunur, amma bizdə vəziyyət tamam başqadır”, – deyə nazir söyləyib. O xatırladıb ki, İspaniyada vaksinasiya səviyyəsi dünyada ən yüksəklərdən biridir: 12 yaşdan yuxarı insanların demək olar ki, 90%-i könüllü əsasda peyvənd olunub.

Dekabrın 1-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məcburi vaksinasiyanın tətbiqi ilə bağlı Avropa İttifaqı daxilində müzakirələrə çağırıb.

47 milyon əhalisi olan İspaniyada koronavirus infeksiyasının yayılmasından bəri 5.1 milyon yoluxma halı aşkarlanıb, 88 mindən çox xəstə ölüb. Vaksinasiya kampaniyası burada təxminən bir il əvvəl başlayıb.

İndi krallıqda yoluxma hallarının sayında yenidən artım var. Bununla əlaqədar İspaniya infeksiyanın qarşısını almaq üçün müxtəlif tədbirlər görməyə məcbur olub. Xüsusilə, restoranlara və ya gecə həyatı məkanlarına daxil olmaq üçün kovid pasportlarının göstərilməsi zərurətindən danışılır.

Son xəbərlər
Digər xəbərlər