-1 C
Baku
Sunday, December 15, 2024

İspaniya neft ehtiyatlarının 4 milyon barelini bazara çıxaracaq

İspaniya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar neft ehtiyatlarının 4 milyon barelini bazara çıxarmağa qərar verib.

Banker.az xəbər verir ki, bu barədə hökumətin adından rəsmi mətbuatda dərc edilmiş fərmanda bildirilir.

Məlumata görə, bu qərar Beynəlxalq Enerji Agentliyinin Ukrayna ətrafında yaranmış vəziyyətə cavab olaraq koordinasiyalı fəaliyyəti çərçivəsində qəbul edilib.

“İspaniyanın addımı bazar öz töhfəsini verəcək”, – deyə dekretdə qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər