İspaniyaya ötən il rekord sayda turist gəlib.
Bunu ölkənin sənaye və turizm naziri Jordi Hereu deyib.
Statistikaya görə bu günə qədər ölkəyə gələn ən çox turist sayının 2019-cu ildə 83.5 milyon nəfər olduğuna diqqət çəkən nazir, 2023-cü ildə bu rəqəmin artaraq 84 milyonu ötdüyünü qeyd edib. “Bu, indiyədək qeydə alınan ən yüksək rəqəmdir”, – deyə nazir vurğulayıb.
Bildirib ki, 2023-cü ildə ümumi turizm gəliri 108 milyard avronu keçib. Bu, əvvəlki illərlə müqayisədə, 2019-cu ildən 17.4 faiz, 2022-ci ildən isə 23.8 faiz çoxdur.
İspaniyalı nazir bu il turist sayında və turizm gəlirində rekord gözlədiklərini diqqətə çatdırıb.