18 C
Baku
Friday, September 20, 2024

İspaniya səfirliyi Kiyevdə fəaliyyətini bərpa edəcək

Qarşıdakı günlərdə İspaniya səfirliyi Kiyevdə fəaliyyətini bərpa edəcək.

Bu barədə İspaniyanın Baş naziri Pedro Sançez “Antena 3” telekanalına müsahibəsində deyib.

“Biz İspaniya hökumətinin, xalqının Ukrayna xalqına sədaqətinin növbəti əlaməti olaraq, yaxın günlərdə İspaniyanın Kiyevdəki səfirliyini yenidən açacağıq”, – Baş nazir deyib.

Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən az sonra ölkənin diplomatik nümayəndə heyəti Ukrayna paytaxtından Polşaya təxliyə edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər