11 C
Baku
Friday, October 25, 2024

İspaniya sabah Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

İspaniyanın müdafiə naziri Marqarita Robles cümə günü Ramşteyn Hərbi Hava Qüvvələri bazasında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında iştirak edəcək və yeni hərbi yardım paketini açıqlayacaq.

Bu barədə İspaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

“Sabahkı görüşdə nazir Robles İspaniyadan dəstəyin davamlılığını təsdiq edəcək. Müdafiə Nazirliyinin təklifi ilə humanitar və tibbi yardım tədbirlərini xatırladacaq və prioritet ehtiyacları ödəmək üçün nəzərdə tutulan yeni maddi ianələrin yaxın gələcəkdə göndəriləcəyini elan edəcək”, – deyə qeyd olunub.

Bildirilib ki, yeni tədarüklər Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının hərəkətliliyini, zirehini və müdafiəsini, həmçinin hava hücumundan müdafiəni, dəniz və amfibiya qüvvələrinin mühafizəsi və proyeksiyasını artırmaq məqsədi daşıyır.

Son xəbərlər
Digər xəbərlər