28 C
Baku
Saturday, July 27, 2024

İspaniya şirkəti TAP-da payının artırılması üzrə müqavilənin icrasını tamamlayıb

İspaniyanın “Enagas” enerji şirkəti İsveçrənin enerji şirkəti olan “Axpo”nun “Trans Adriatic Pipeline AG” (TAP) konsorsiumundakı 4 %-lik payının satınalması ilə bağlı müqavilənin icrasını tamamlayıb.

Bu barədə şirkətin hesabatında deyilir.

Bununla da, “Enagas”, TAP-ın digər 3 səhmdarı – Böyük Britaniyanın BP, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın SNAM şirkətləri kimi hər biri 20 % paya sahib olacaq.

“Enagas” TAP-dakı payının artırılmasının 2023-cü ildə təxminən 70 milyon avro dividend əldə etməyə imkan verəcəyini bəyan edib.

Qeyd edək ki, Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən – 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 25.8 milyard kubmetr qaz nəql edilib ki, bunun da 21.6 milyard kubmetri İtaliyaya olub.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər