16 C
Baku
Monday, May 20, 2024

İspaniya tamamilə yerli istehsal olan ilk raketini buraxıb

İspaniyanın “PLD Space” şirkəti “Miura 1” suborbital daşıyıcı aparatını ölkənin cənub-qərbindən orbitə çıxarıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, bu, Avropada ilk özəl raket buraxılışıdır.

“PLD Space” artıq “Miura 1”-i sınaqdan keçirməyə çalışmışdı, lakin mayın 31-də külək səbəbindən ləğv edilib.

“El Mundo” qəzetinin yazdığına görə, bu, İspaniyada tam şəkildə işlənib hazırlanmış və inşa edilmiş ilk raketdir. Onu işə salmaq üçün əlverişli və çox spesifik hava şəraiti tələb olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər