6 C
Baku
Sunday, December 15, 2024

İspaniya turistləri qəbul etməyə hazır olduğunu açıqlayıb

İspaniya iyunun axırında əcnəbi turistləri qəbul etməyə başlaya bilər.

Bu barədə İspaniyanın Nəqliyyat naziri Xose Luis Abalos TVE telekanalına müsahibəsində bildirib.

Hazırda İspaniyada əcnəbilərin gəlişinə ciddi məhdudiyyətlər var. Ölkəyə yalnız fors-major halları olanlar, habelə diplomatlar və sərhədyanı rayonlarda işləyənlər gələ bilər. Eyni zamanda xaricdən gələn hər kəs üçün 14 günlük karantin rejimi qüvvədədir. Lakin cümə günü İspaniyanın Xarici İşlər naziri Arança Qonsales Laya hökumətin turizmin ölkə iqtisadiyyatı üçün nə dərəcədə əhəmiyyətli olduğunu anladığını və koronavirusun yayılmasını nəzarət altına almaqla ən qısa zamanda turist qəbuluna başlamağa hazır olduqlarını söyləyib.

“Ölkəmiz üçün vacib olan və bəzi muxtar icmalar üçün əsas olan sektora görə çox narahatıq. Lakin ispanlar karantində olan zaman əcnəbi vətəndaşların gəlməsinə icazə verə bilmərik. Odur ki, İspaniyada ispanların sərbəst hərəkətinə icazə verilən zaman turistlərə də icazə veriləcək. Proqnozlara görə, bu, iyunun sonlarında baş verə bilər. İyunun sonlarından etibarən turizm fəaliyyətinə başlayacağıq”, – X.L.Abalos deyib.

Onun sözlərinə görə, xüsusən çox güclü turizm sektoru və yaxşı epidemioloji vəziyyət olan adalarda turizmi stimullaşdırmaq lazımdır.

— Report

Son xəbərlər
Digər xəbərlər