İspaniya Ukraynaya hərbi dəstək çərçivəsində €1 milyard ayırmağı planlaşdırır

İspaniya Ukraynaya hərbi dəstək üzrə yeni öhdəlik çərçivəsində €1 milyard ayırmağı planlaşdırır. Bu barədə krallığın hökumət sədri Pedro Sançes Volodimir Zelenski ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

İspaniyanın baş nazirinin sözlərinə görə, Madrid “2026-cı ildə ikitərəfli hərbi dəstək çərçivəsində €1 milyard” məbləğində “yeni öhdəlik” götürür. “Biz birlikdə işləyəcəyik və müdafiə sənayesi sahəsində birgə istehsalı və birgə inkişafı təşviq edəcəyik”, — deyə hökumət başçısı əlavə edib.

Bununla yanaşı, Sançesin sözlərinə görə, bu gün Yaxın Şərqdəki münaqişənin “qlobal müzakirələrdə diqqəti böyük ölçüdə öz üzərinə çəkdiyini” inkar etmək olmaz.

Son xəbərlər
Digər xəbərlər