İspaniyada fevralın 10-dan etibarən açıq havada maska taxmaq məcburiyyəti ləğv edilib.
Yeni qərara əsasən məktəblərdə də tənəffüs vaxtı maskadan istifadə məcburi olmayacaq. Bu, yoluxanların və xəstəxanaya yerləşdirilənlərin sayının azalması ilə əlaqələndirilir. Bununla belə, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda və sosial məsafənin saxlanılması mümkün olmayan yerlərdə maskadan istifadə məcburiyyəti qüvvədə qalır.