3 C
Baku
Saturday, December 14, 2024

İspaniyada bank 1 avroya satılıb

İspaniyanın “Banco Santander” bankı öz rəqibi “Banco Popular Espanol”u 1 avroya alıb.

Rusiya mətbuatına istinadən, “Banco Popular Espanol” son vaxtlar likvidlik problemi ilə üzləşib və onun səhmləri kəskin ucuzlaşıb.

Bankın problemlərinin həll olunması üçün “Banco Santander” ona 7 mlrd. avro pul qoymalı olacaq. Bununla belə, problemli bankın səhmdarları və onun istiqrazlarının sahibləri 3,3 mlrd. avro zərərlə üzləşəcək.

Qeyd edək ki, “Banco Popular Espanol”un satışı ilk dəfə ölkənin bank sisteminə ən minimal təsirlə ötüşəcək və vergi ödəyicilərinə heç bir zərər verməyəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər