13 C
Baku
Tuesday, October 22, 2024

İspaniyada daha bir deputat koronavirusa yoluxub

İspaniya parlamentinin daha bir üzvü Karlos Sambrano Qarsiya koronavirusa yoluxub.

“Mundo” xəbər verir ki, Kadis şəhərini təmsil edən deputat hazırda öz evində karantin altındadır.

O, sağyönümlü “Vox” Partiyasının parlament fraksiyasının üzvüdür.

Qeyd edək ki, bundan əvvəl həmin partiyanın baş katibi, deputat Xavyer Orteqa Smitdə də koronavirus aşkarlanmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 121 735-ə çatıb. Bunların 66 943 nəfəri sağalıb, 4 382 nəfəri isə ölüb.

Report

Son xəbərlər
Digər xəbərlər