İspaniyada inflyasiya templəri artdı

Avropa İttifaqı standartlarına uyğun olaraq İspaniyada inflyasiya templəri noyabr ayında keçən ilin analoji dövrü ilə müqayisədə 0,3% artmışdır.

Milli statistika institutunun məlumatları bu faktı təsdiq edir. Keçən ayın nəticələrinə görə isə, istehlak qiymətləri bir il hesablamasına görə heç bir dəyişikliyə məruz qalmıyıb.

Daxili standartlarla hesablamalara görə isə inflyasiya templəri hesabat dövründə 0,2% artmışdır.

Qeyd edək ki, İspaniya iqtisadiyyatı 2013-cü ilin III rübündə əvvəlki rüblə müqayisədə 0,1% artmışdır. Bu da ölkənin iki illik durğunluq vəziyyətindən çıxması deməkdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.