İspaniyada milli rəqəmsal valyuta yaratmaq təklif olunub

İspaniya Sosialist İşçi Partiyası (PSOE) milli rəqəmsal valyutanın (CBDC) yaradılmasını təklif edib.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

“El Economista”nın verdiyi məlumata görə, ölkə rəqəmsal valyutanın daha yüksək likvidlik təmin edəcəyini hesab edir.

PSOE nümayəndələrinin fikrincə, İspaniyanın rəqəmsal valyutası bankların pul sektorundakı imtiyazını sona çatdıracaq və “bank sistemini milliləşdirmədən” həyata keçiriləcək.

“Hər bir insanın bir başa mərkəzi bankda öz rəqəmsal pul hesabına sahib olması mümkün ola bilər. Hal-hazırda bu imtiyaz yalnız banklara verilir”, – deyə partiyanın mesajında qeyd olunur.

Xatırladaq ki, Avropa Mərkəzi Bankı rəqəmsal avronun tərtibatı üzərində iş aparır. 2020-ci ilin oktyabrında kredit təşkilatı milli rəqəmsal valyutanın istifadəyə verilməsinin dörd ssenarisini təqdim edib. Eyni zamanda tənzimləyici bunun üçün lazım olan şərtləri açıqlayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.