1 C
Baku
Tuesday, February 10, 2026

İspaniyada nazir koronavirusa yoluxub

İspaniyanın Bərabərlik naziri İrene Montere koronavirusa (COVID-19) yoluxub.

“France-Presse” agentliyi verdiyi xəbərə görə, bu barədə İspaniya hökuməti məlumat yayıb.

Baş Nazirin müavini Pablo Iqlesias isə karantinə alınıb.

İspaniyanın Nazirlər Kabinetinin bu gün keçiriləcək iclasına yalnız COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin təsdiqlənməsində iştirakı tələb olunan nazirlər qatılacaq.

Ölkənin Baş Naziri bütün digər görüşlərini video konfrans vasitəsilə keçirəcək.

©APA

Son xəbərlər
Digər xəbərlər