İspaniyada “Ryanair” aviaşirkətinin göyərtə işçilərinin tətili ilə əlaqədar müxtəlif hava limanlarında azı 11 reys təxirə salınıb.
50-dən çox reysin uçuşları isə ləngiyib.
Qeyd olunur ki, tətil əsasən Barselona və Palma şəhərlərinin hava limanlarına ciddi təsir edib.
“Ryanair” əməkdaşlarının iş şərtlərinin yaxşılaşdırılması tələbi ilə tətilləri iyulun əvvəlindən keçirilir. Ümumilikdə, 6 gün ərzində ölkə ərazisində 200-dən çox reys təxirə salınıb.