8 C
Baku
Sunday, November 17, 2024

İspaniyada pandemiya cərimələri geri qaytarılacaq

İspaniya hökuməti pandemiya zamanı karantin tədbirlərinin pozulmasına görə ödənilən cərimələrin əhaliyə geri qaytarılması barədə göstəriş verib.

Bu məqsədlə müvafiq qurumlar tərəfindən İşçi Qrupun yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, hökuməti bu addımı atmağa Konstitusiya məhkəməsinin qərarı vadar edib. Belə ki, ölkənin ali məhkəmə instansiyası pandemiya dönəmində tətbiq edilən bir sıra məhdudlaşdırıcı tədbirlərin, xüsusən də evdə təcrid olunmanın ölkənin ana qanununda təsbit edilmiş hüquq və azadlıqlarla ziddiyyət təşkil etməsi barədə rəy verib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər