18 C
Baku
Sunday, September 29, 2024

İspaniyada vergi dərəcələrində əhəmiyyətli azalma olub

Son bir il ərzində dünya üzrə orta vergi dərəcələrində əhəmiyyətli dəyişiklik olmayıb. Ən bürokratiyalaşmış vergi sistemi olan ölkə yenə Braziliyadır, burada şirkətlər vergi ödənişinə ildə 2600 saat vaxt itirirlər.

Vergilər.az saytı bu barədə bildirir ki, bu il dünya iqtisadiyyatının böhranlı vəziyyətində bir sıra ölkələrin hökumətləri büdcə daxilolmalarını artırmağa cəhd etdikləri halda, dərəcələri birbaşa artırmaqdan imtina ediblər. Digər metodlardan daha çox istifadə edilib – vergi bazası genişləndirilib, verginin çıxılması və digər güzəştlərin sayı məhdudlaşdırılıb. İl ərzində gəlir vergisinin orta dərəcəsi cəmi 0,41 faiz artaraq, 31,53 faizə çatıb.

Ən yüksək vergi tutulan beş ölkə siyahısından çıxan İspaniyada vergi dərəcələrində daha əhəmiyyətli azalma olub. 2015-ci ildə aparılmış vergi islahatları sayəsində yüksək gəlirli vətəndaşlar üzrə gəlir vergisinin maksimal dərəcəsi 52 faizdən 47 faizə endirilib. Bununla belə, İspaniyada maksimal dərəcənin tətbiq olunduğu gəlirlərin həddi 300 min avrodan 60 min avroya endirilib.

Korporativ verginin 2014-cü ildə 23,64 faiz olan dərəcəsi 2015-ci ildə çox cüzi artaraq 23,68 faiz olub. Bu sahədə 55 faizlik dərəcə ilə Birləşmiş Ərəb Əmirlikləri öndədir. Bu ölkədə həmin dərəcə yalnız neft-qaz hasil edən şirkətlərə aid edilir.

Son xəbərlər
Digər xəbərlər