-1 C
Baku
Sunday, December 15, 2024

İspaniyanın “Glovo” çatdırılma xidməti 450 mln. avro cəlb edib

İspaniyanın “Glovo” kuryer xidməti “F” raundu çərçivəsində 450 milyon avro (528 milyon dollar) cəlb edib. Maliyyə raunduna Amerikanın “Lugard Road Capital” və “Luxor Capital Group” investorları rəhbərlik edib.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Bu, bir raundda cəlb olunan investisiya həcminə görə İspaniya üçün yeni bir rekorddur. “Glovo” kapitallaşmasının nə qədər olduğunu açıqlamır. Hələ 2019-cu ilin dekabrında xidmət 1 milyard dollardan yüksək qiymətləndirilmişdir.

“Glovo” 2015-ci ilin əvvəlində Oskar Pyer və Saşa Mişo tərəfindən qurulub. Kuryer xidməti “hər şey” çatdırır – ərzaq, mağazalar və apteklərdən çatdırılmalar. Şirkət Ukrayna, Gürcüstan, Qazaxıstan, Moldova və Polşa daxil olmaqla dünyanın 20 ölkəsində və 700 şəhərində fəaliyyət göstərir. Hal-hazırda “Glovo”da 64 mindən çox kuryer işləyir, xidmətin istifadəçi sayı isə 7.4 milyon nəfər təşkil edir.

Şirkət cəlb etdiyi pulları yeni bazarlara çıxmağa və daha sürətli çatdırılma xidmətini inkişaf etdirməyə xərcləməyi planlaşdırır. İlin sonuna qədər “Glovo” daha 200 “darkstore” açmağı planlaşdırır – 2021-ci ilin əvvəlində onların sayı cəmi 20 olmuşdur. Pyer gələcək 1.5 ildə daha 10 ölkədə biznes açmağı düşündüyünü bildirib.

31 mart tarixində hərracların ilk günündə xidmətin səhmlər London birjasında 26% düşüb. “FT” bunu “London tarixindəki ən pis IPO” adlandırıb.

Son xəbərlər
Digər xəbərlər