12 C
Baku
Saturday, November 23, 2024

İspaniyanın turizm sektoru COVID-19 təsiri ilə 164 milyard avro itirib

İspaniyanın turizm sektoru COVID-19 pandemiyasının təsiri ilə son 2 ildə 164,391 milyard avro itirib.

Bu barədə İspaniyanın “Exceltur” turizm sənayesi birliyinin açıqlamasında bildirilib.

Məlumata görə, 2019-cu ildə turizm fəaliyyətlərindən əldə edilən 154,738 milyard avroluq gəlir, 2020-ci ildə 52,539 milyard avroya (2019-cu illə müqayisədə 2,9 dəfə az), 2021-ci ildə isə 88,546 milyard avroya (2019-cu illə müqayisədə 42,8 % az) enib.

İspan turizminin bu il də 2019-cu il rəqəmlərinə çatmayacağı vurğulanan açıqlamada, turizm fəaliyyətlərindən əldə edilən ümumi gəlirin 2022-ci ildə 135,461 milyard avro (2019-cu ilə nisbətən 19,277 milyard avro və ya 12,5 % az) olacağı təxmin edildiyi qeyd edilib.

Pandemiyadan əvvəl turizm sektorunun ümumi milli məhsulda (ÜDM) payı 12,4 % təşkil etdiyi halda, 2020-ci ildə 5,4 %-ə, 2021-ci ildə isə 7,4 %-ə düşüb. Turizmin ÜDM-də payı bu il 10,5 %-dək artacağı gözlənilir.

Mütəxəssislər isə yoluxmaların sayının sürətlə artmasına səbəb olan “Omicron” variantının qısa müddətdə bu ilki turizm sektoruna təsirinin qeyri-müəyyən olduğunu, 2023-cü il üçün daha optimiz olduğlarını və 2019-cu ilin rəqəmlərinə çata biləcəklərini ifadə ediblər.

 

 

Son xəbərlər
Digər xəbərlər