“ISR Holding”in törəmə şirkətinin rəhbəri dəyişib.
Banker.az xəbər verir ki, Toğrul Yusifzadə Neman oğlu “İSR İndustrial Equipments” MMC-nin baş icraçı direktoru təyin edilib.
O, bu vəzifədə Cavid Musəvi Fikrət oğlunu əvəz edib.
“İSR İndustrial Equipments” MMC – 2013-cü ilin aprelində təsis edilib və 100 manat nizamnamə kapitalına sahibdir. Şirkət “Toyota Material Handling”, “CHL” forkliftləri və “PRAMAC” generatorlarının səlahiyyətli idxalçısıdır.