25 C
Baku
Saturday, July 27, 2024

İSR Plaza məcburi auditdən yayındığı üçün cərimələnir

Bakıda biznes mərkəzinə sahib olan “İSR Azeri Apart and Business Centre” MMC məcburi auditdən yayınmağa görə cərimələnib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən cərimələnir.

Banker.az xəbər verir ki, hazırda bu şirkətlərin cərimələmə səlahiyyəti olan Maliyyə Nazirliyi şirkətlə bağlı cərimə protokolu tərtib edib, Səbail Rayon Məhkəməsinə göndərib.

İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunur.

“İSR Azeri Apart And Business Centre” MMC 1998-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 11 756 828 manatdır.

Son xəbərlər
Digər xəbərlər