26 C
Baku
Bazar ertəsi, May 23, 2022

İsrailə uçuşların sayı artırılır – Daha iki aviaşirkət Bakıya gələcək

Bu gün AZAL prezidenti Cahangir Əsgərovun və  İsrailin turizm naziri Yoel Razvozovun görüşü keçirilib.

AZAL-dan bildirilib ki, AZAL prezidenti və İsrailin turizm naziri yüksək tələbatla əlaqədar iki ölkə arasında birbaşa reyslərin sayının artırılması imkanları barədə fikir mübadiləsi aparıblar.

“COVİD-19-la bağlı bir sıra məhdudiyyətlərin yumşaldılmasından sonra İsrail Azərbaycan aviaşirkətinin müntəzəm uçuşları bərpa etdiyi ilk istiqamətlərdən biri olub. Hazırda AZAL  aviaşirkəti Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar yerinə yetirir”, – deyə Cahangir Əsgərov bildirib.

Görüşün yekunları üzrə AZAL-ın yay uçuş cədvəli çərçivəsində Təl-Əvivə reyslərin sayını həftədə 5 dəfəyə qədər artıracağı barədə qərar qəbul edilib.

Cahangir Əsgərovun sözlərinə görə, İsrailin “İsrair Airlines” və “Arkia” aviaşirkətlərinə də Bakıya müntəzəm reyslərin yerinə yetirilməsi üçün icazə verilib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər