22 C
Baku
Thursday, September 29, 2022

İsrail əcnəbilər üçün sərhədlərini iki həftəlik bağlayıb

Bu gündən İsrail Afrikanın cənubunda ortaya çıxan COVID-19 infeksiyasının Nu ştamına (Omicron) görə ölkəyə əcnəbilərin gəlişini 14 günlük məhdudlaşdırıb.

Bu barədə yəhudi dövlətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, vaksinasiya olunan və ya virusdan sağalmış israillilər ölkəyə qayıtdıqdan sonra COVID-19 üçün PCR testi verəcək, daha onra evdə təcrid olunmaları tələb olunacaq.

Üç gün sonra yenidən verilən test mənfi olarsa həmin şəxs karantindən çıxa biləcək, əlavə PCR testi verməyənlər 14 gün karantində qalmalı olacaq.

2020-ci ilin martından 2021-ci ilin noyabrına qədər əcnəbilərin israilə səfəri qadağan edilmişdi. Ölkəyə giriş yalnız geri qayıdan israillilər və ya hakimiyyətdən xüsusi icazə almış əcnəbilər üçün mümkün idi.

Son xəbərlər
Oxşar xəbərlər