İsrail iyunun 25-də imzaladığı fərmana əsasən, İordan çayının qərb sahilindəki 1270 hektarlıq ərazini dövlət ərazisi elan edib. Sənəd iyulun 3-də İsrail hökumətinin saytında dərc edilib.
İsrail tərəfindən tanınan ərazi 1993 və 1995-ci illərdə Fələstin Azadlıq Təşkilatı ilə bağlanmış Oslo müqavilələrindən sonra ən böyük torpaqdır. 2024-cü ilin əvvəlindən İsrail İordan çayının qərb sahilindəki 2379 hektar ərazinin özünə məxsus olduğunu iddia edib.
Təşkilatın izah etdiyi kimi, torpaqları dövlətə məxsus elan etmək İsrailin ərazilər üzərində nəzarəti bərqərar etmə yollarından biridir. Təl-Əviv belə torpaqları fələstinlilərin şəxsi mülkiyyəti hesab etmir və onlardan istifadəni qadağan edir. Bundan əlavə, İsrail dövlət torpaqlarını müstəsna olaraq öz vətəndaşlarına icarəyə verir.