13 C
Baku
Tuesday, May 14, 2024

İsrail ABŞ-dan $10 mlrd. yardım istəyib

İsrail ABŞ-dan təcili yardım üçün 10 milyard dollar istəyib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. “The New York Times”ın yazdığına görə, qanunvericilər və Ağ Ev İsrailə yardımın Ukrayna, Tayvana yardım, habelə ABŞ-Meksika sərhədinin möhkəmləndirilməsi üçün ayrılan vəsaitlə əlaqələndiriləcəyi paket hazırlayır.

NYT-nin məlumatına görə, ABŞ Senatının lideri Çak Şumer bildirib ki, İsrailə 155 mm-lik döyüş sursatı, Dəmir Qübbə raketdən müdafiə sistemi üçün sursat, eləcə də dəqiq bombaların göndərilməsi müzakirə edilir.

İsrailə yardım ABŞ Prezidenti Co Baydenin sabah, oktyabrın 18-nə planlaşdırılan səfəri zamanı müzakirə olunacaq. Amerika lideri əvvəllər HƏMAS-ın məhv edilməsinin tərəfdarı olsa da, İsrailin Qəzza zolağının işğalına qarşı idi. ABŞ deyir ki, onun müharibədə döyüşmək üçün qoşun göndərmək planları yoxdur. KİV-in məlumatına görə, İsrail sahillərinə 2 min Amerika dəniz piyadası  göndərilə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər