-1 C
Baku
Sunday, December 15, 2024

İsrail alimləri koronavirusu iki saniyəyə məhv etməyin üsulunu tapıblar

İsrailin Ariel Universitetinin alimləri koronavirusun iki saniyə ərzində məhv etməyin yolunu tapıblar.

Araşdırmanın nəticələri Environmental Chemistry Letters jurnalında dərc olunub.

Mütəxəssislər uzunluğu bir millimetrdən on millimetrə qədər olan radiodalğaların infeksiyaya təsirini tədqiq edib və radiasiyanın virusu iki saniyəyə öldürə biləcəyini müəyyən ediblər.

Bu tip radiasiyanın təxminən üç millimetr dalğa uzunluğu var. Müqayisə üçün deyək ki, mobil telefondan gələn şüalanmanın dalğası təqribən 30 santimetr, mikrodalğalı şüalanma isə təxminən 12 santimetrdir.

Millimetr dalğaları tibbdə, xüsusən də xərçəng hüceyrələri ilə mübarizədə geniş istifadə olunur.

Alimlər qeyd ediblər ki, belə dalğalar temperaturu yüksəltməyə qadirdir, bu da onlara virus hissəciklərini öldürməyə imkan verir.

Tədqiqatın müəllifləri bu üsulun insan orqanizmində infeksiyaya qarşı mübarizədə istifadə oluna biləcəyinə şübhə ilə yanaşırlar, lakin eyni zamanda, onun daha sürətli işlədiyini qeyd edirlər: cəmi iki saniyə ərzində virus hissəciklərinin 99,8%-ni məhv edir.

Alimlər yeni texnologiyanı poliovirus üzərində sınaqdan keçiriblər və koronavirusla eyni effektivliyə nail olublar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər