23 C
Baku
Saturday, April 27, 2024

İsrail alimləri süni qızıl yaratdılar

İsrail Texnoloji universiteti olan Texnion universitetinin alimləri laboratoriya şəraitində ilk dəfə olaraq süni qızıl yaratmışlar.

Bu inqilabi eksperimenti isə universitetin aspirantı olan Mariya Koyfman-Kristosof professor Boaz Pokroy-un rəhbərliyi altında həyata keçirmişdir. Eksperimentin geniş nəticələri barədə məlumatı prestijli Nature Communications jurnalı nəşr etmişdir.

1

Nanoməsaməli qızılın mikrostrukturu

Mariya Koyfman demişdir: “Süni qızıl yaradarkən müstəsna olaraq elmi məqsədlərlə hərəkət etmişik. Lakin hazırda kifayət qədər aydındır ki, bu texnologiyanın istifadəsi üçün bir sıra potensial hal mövcuddur”.

Eksperiment nəticəsində əldə edilən məsaməli monokristal təbii yolla formalaşdırılmış qiymətli metaldan müsbət mənada fərqlənir və üstün cəhətlərinə bərklik, yüksək temperatura qarşı dayanıqlılıq, yüksək dərəcədə istilik və cərəyan keçiricilik daxildir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər