İsrailin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin Bitki Mühafizəsi və Yoxlama Xidməti Azərbaycanın İsraildən təzə meyvə idxalına icazə verildiyini elan edib.
İsraildən Azərbaycana manqo, avokado və bibər tədarük ediləcək.
Azərbaycana meyvə idxalına icazələr İsrailinin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin proaktiv müraciətindən sonra qüvvəyə minib. Bu icazələr meyvələrin mütəşəkkil və təşkil olunmuş şəkildə ixracına imkan verir. Lakin Azərbaycanın fitosanitar tələblərini qarşılamaq üçün hər bir tədarük sağlamlıq sertifikatı ilə müşayiət olunmalı və hər bir meyvə növü üçün müəyyən edilmiş şərtlərə cavab verməlidir.