İsrail Xarici İşlər Nazirliyi Boliviya hökumətinin İsraillə diplomatik münasibətləri kəsmək qərarını pisləyib.
Bu barədə İsrailin XİN sözçüsü Lior Haiat bildirib.
“Boliviya hökumətinin İsraillə diplomatik əlaqələri kəsmək qərarı terrorizmə və İrandakı rejimə təslim olmaqdır. Boliviya hökuməti bu addımı atmaqla 1400-dən çox israillini qətlə yetirən, uşaq, qadın, körpə və qoca da daxil olmaqla 240 nəfəri qaçıran HAMAS terror təşkilatı ilə razılaşır. İsrail Boliviyanın terrorizmə dəstəyini və onun Boliviya hökumətinin təmsil etdiyi dəyərləri təsdiq edən İran rejiminə tabe olmasını pisləyir”, İsrail XİN sözçüsü bildirib.
O əlavə edib ki, Boliviyada hakimiyyət dəyişikliyindən bəri iki ölkə arasında münasibətlər məzmununu itirib.