22 C
Baku
Tuesday, September 2, 2025

İsrail Dəməşqdə Suriya Baş Qərargahının binasına hücum edib

İsrail Müdafiə Qüvvələri Dəməşqdə Suriya Baş Qərargahının binasına hava zərbələri endirib. Hücum anı yerli telekanallarda yayımlanıb. Bu, Suriya hökumət qüvvələrinin Suriyanın cənubunda yaşayan druzlara qarşı hərəkətlərinə İsrailin cavabıdır.

“Reuters” agentliyinin Suriya Müdafiə Nazirliyindəki mənbələri içəridəki əsgərlərin zirzəmidə gizləndiyini bildirib. Yerli media ən azı iki nəfərin zərər çəkdiyini açıqlayıb.

İyulun 15-də Suriya hökuməti bir neçə gündür ki, bədəvi silahlı dəstələri ilə druz silahlı qrupları arasında genişmiqyaslı toqquşmaların getdiyi Əs-Suveyda əyalətinin cənubuna qoşun yeridib.

Suriya İnsan Haqları Müşahidə Qrupu ən azı 102 nəfərin öldüyünü bildirib. İsrail druz icmasını qoruyacağına söz verib və Suriyanın zirehli maşınlarına və Ərəb Respublikası hökumətinin hərbi birləşmələrinə zərbələr endirməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər