İsrail yarım ildən sonra diplomatlarını Türkiyəyə geri göndərməyə başlayıb.
Bu barədə “Middle East Eye” jurnalına israilli mənbələr bildirib.
Mənbə qeyd edib ki, İsrailin diplomatları geri çağırması təhlükəsizlik səbəbi ilə olub, hazırda ölkəsi tədricən diplomatlarını geri göndərməyə çalışır.
Türkiyə rəsmisi İsrail diplomatlarının öz vəzifələrinə qayıtdığını jurnala təsdiqləyib.