İsrailin müdafiə naziri İsrael Katz ölkədə fövqəladə vəziyyət elan edib. Bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə saat 04:00-a olan məlumata görə, ölkədə təhsil, iş və bütün rəsmi görüşlər ləğv edilib.
İyunun 13-nə keçən gecə İsrail İrana hava zərbəsi endirib. Tehran mediası şəhərdə partlayışların baş verdiyini yazıb. Bakı vaxtı ilə saat 5:00-da İsrail Müdafiə Qüvvələri (İMQ) İrandakı hərbi obyektlərə zərbələrin birinci mərhələsinin başa çatdığını elan edib.