İsrail Hələb hava limanını yenidən bombalayıb.
Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
İlkin məlumatlara əsasən, Hələb hava limanı yenidən İsrail ordusunun hücumuna məruz qalıb və fəaliyyətini dayandırıb.
Xatırladaq ki, Dəməşq və Hələb hava limanları ilk dəfə oktyabrın 12-də İsrailin raket hücumu nəticəsində uçuş-enmə zolaqlarının zədələnməsi səbəbindən fəaliyyətini dayandırmışdı.