28 C
Baku
Saturday, July 27, 2024

İsrail hakimiyyəti ölkəyə gələn hər kəsi karantinə alır

Yeni tələblər həm İsrail vətəndaşlarına, həm də əcnəbilərə şamil olunur. Yeni qayda 72 saat sonra qüvvəyə minəcək.

Banker.az xəbər veri ki, bu haqda hökumət rəhbərinə istinadən “Jerusalem Post” nəşriyyatı məlumat verib.

Qeyd edildiyi kimi, ölkəyə gələn hər kəs 14 günlük karantinə alınacaq.

“Gərgin müzakirələrdən sonra, İsrailə gələnlərin hamısını karantinə almağa qərar verdik. Bu çətin qərardır, amma vətəndaşların sağlamlığı bizim üçün vacibdir. Bu, ən prioritet məsələdir”, – Binyamin Nityahu bildirib.

Ölkənin səhiyyə naziri Moşe Bar Siman Tov bildirir ki, karantin rejimi İsrail ərazisinə yeni gələnlərə qarşı tətbiq edilməyəcək. İstisna bir virus xəstəliyi əlamətləri olanlara aiddir: yüksək qızdırma, öskürək və ya nəfəs almaqda çətinlik.

Son xəbərlər
Digər xəbərlər