13 C
Baku
Friday, November 15, 2024

İsrail HƏMAS-a bir həftəlik hərbi əməliyyatları dayandırmağı təklif edib

İsrail məhbusların azad edilməsi ilə bağlı yeni saziş çərçivəsində HƏMAS-a bir həftəlik hərbi əməliyyatları müvəqqəti dayandırmağı təklif edib.

Bu barədə “Axios” portalı məlumat yayıb.

Portalın dərc etdiyi məlumata görə, bu təklifi İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barnea HƏMAS ilə danışıqları bərpa etmək və 60 yaşdan yuxarı qadınlar və kişilər də daxil olmaqla 40-a yaxın məhbusun azad edilməsini təmin etmək məqsədilə irəli sürüb.

İsrail də ən azı bir həftəlik müvəqqəti atəşkəsə razılaşmağa hazır olduğunu açıqlayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər