14 C
Baku
Friday, November 22, 2024

İsrail HƏMAS-ın ikinci liderinin öldüyünü açıqlayıb

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın komandiri Məhəmməd əl-Deyfin öldüyünü açıqlayıb. Məlumata görə, o, iyulun 13-də Qəzza zolağında Xan-Yunisə endirilən hava zərbəsi nəticəsində öldürülüb.

“Məhəmməd Deyf HƏMAS-ın ikinci komandiri olub. O, 7 oktyabrda İsrailin cənubunda 1200 insanın öldürüldüyü, Qəzza zolağında 251 girovun qaçırıldığı qətliamın təşəbbüskarı və icraçısı olub”, – deyə hesabatda bildirilir.

Xatırladaq ki, iyulun 31-nə keçən gecə Tehranda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə birbaşa raket zərbəsi nəticəsində öldürülüb. Fələstin qrupu və İran qətldə İsraili günahlandırır.

Son xəbərlər
Digər xəbərlər