İsrail hökuməti sərhədlərin açılmasını təxirə salıb

İsrail hökuməti peyvənd olunmuş turistlər üçün sərhədlərin açılmasını avqustun 1-ə kimi təxirə salıb. Bildirildiyi kimi, qərar vətəndaşları koronavirusun Hindistan ştammından qorumaq məqsədilə qəbul edilib. Banker.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Naftali Bennet məlumat verib.

Xatırladaq ki, daha əvvəl sərhədlərin iyulun 1-də açılması planlaşdırılıb, lakin “delta” adını alan koronavirusun bu növü getdikcə bütün dünyaya yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Hindistan ştammı müqayisədə daha yoluxucudur.

“Bizim əsas məqsədimiz vətəndaşları “delta” ştammından qorumaqdır, buna görə mümkün qədər tez hərəkət etməyə qərar verdik”, – deyə Bennet qeyd edib.

Hökumət həmçinin bəzi məhdudiyyətləri yenidən tətbiq edib. Bunlara maska taxmaq və sosial məsafəni qorumaq kimi tələblər aid edilir. Son sutkada İsraildə 111 yeni yoluxma halı qeydə alınıb, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib. Pandemiya başlayandan yoluxanların sayı 840.2 minə, ölənlərin sayı isə 6.4 minə çatıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.