İsrail silahlı qüvvələri Yəmən husilərinə qarşı “Qara bayraq” əməliyyatına başlayıb. Bildirilir ki, İsrailin hədəfləri arasında Hudeyda, Ə-Sələf və Ras-İssa limanları var. Bundan əlavə, bir neçə il əvvəl husilər tərəfindən ələ keçirilən “Galaxy Leader” gəmisi və Ras-Kantib elektrik stansiyasına hücum edilib.
“Al-Arabiya” yazır ki, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfər edərkən təyyarəsindən husilərə qarşı əməliyyatı izləyib.
Xatırladaq ki, iyulun 6-da Yəmən husiləri Təl-Əvivin Ben-Qurion hava limanında hipersəs ballistik raket atdıqlarını elan ediblər. İsrail hərbçiləri raketin ələ keçirildiyini bildiriblər, lakin ölkənin bəzi bölgələrində hava hücumu sirenləri səslənib.